27/06/2022
23:14
742
| A A A
Azərbaycanın iki para-atleti Tunis Qran-Prisində qızıl medal qazanıb

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Məhərrəm Qasımov Tunis Qran-Prisində (F11) nüvə itələmə növündə 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib olub.

Goal.az xəbər verir ki, M.Qasımov bununla da Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb.

Azərbaycanın atletika idman növü üzrə idmançısı Elmir Cəbrayılov da (T13) 100 metrəyə qaçış növündə 11.55 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.