01/08/2022
11:52
886
| A A A
11 qat NBA çempionu vəfat edib

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) 11 dəfə çempionu olmuş idmançısı Bill Rassel 88 yaşında vəfat edib.

Goal.az xəbər verir ki, bu barədə Rasselin tviter səhifəsində bildirilib.

"Bill Russell bu gün 88 yaşında bu dünyanı tərk edib. Vida mərasiminin elanı daha sonra veriləcək", - paylaşımda deyilir. (report)