01/08/2022
14:51
508
| A A A
Şahmat Olimpiadası: Azərbaycan komandaları Türkiyə və İsraillə qarşılaşacaq

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun görüşləri keçiriləcək.

Goal.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Türkiyə, qadın millisi isə İsraillə qarşılaşacaq.

Türkiyə – Azərbaycan

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov

Əmrə Can – Rauf Məmmədov

Vahap Sanal – Qədir Hüseynov

Cəmil Can Ali Marandi – Vasif Durarbəyli

İsrail – Azərbaycan

Marsel Yefroimski – Günay Məmmədzadə

Dina Belenkaya – Xanım Balacayeva

Maşa Klinova – Gövhər Beydullayeva

Mixal Lahav – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Azərbaycanın hər iki komandası ilk 3 turda rəqiblərini məğlub edib. Kişilər Əlcəzairi 4:0, Filippini və Argentinanı 3:1, qadınlar isə BƏƏ-ni və Finlandiyanı 4:0, Yunanıstanı 2,5:1,5 hesabı ilə yenib. Hazırda onlar 6 xalla müvafiq olaraq, 13-cü və 7-cidirlər. (report)