01/08/2022
19:58
390
| A A A
Azərbaycan yığmasından Türkiyə ilə heç-heçə, İsraillə heç-heçə

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Goal.az xəbər verir ki, bu gün 4-cü turun görüşləri keçirilib.

Azərbaycanın kişilərdən ibarət yığması Türkiyə, qadın millisi isə İsraillə qarşılaşıb.

Türkiyə seçməsi ilə qarşılaşma heç-heçə bitib. Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqibləri ilə heç-heçə ediblər. Millinin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb. Qədir Hüseynov isə görüşdən məğlub ayrılıb. Komandamız ilk turda Əlcəzairi 4:0, 2-ci turda Filippini 3:1, 3-cü turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələmişdi.

Qadınlardan ibarət yığma isə İsrail seçməsinə qalib gəlib. Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar. Komandamız ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, 3-cü turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələmişdi.

Ümumdünya Şahmat Olimpiadası

4-cü tur

1 avqust

Türkiyə – Azərbaycan 2:2

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov – 0,5:0,5

Əmrə Can – Rauf Məmmədov – 0,5:0,5

Vahap Sanal – Qədir Hüseynov – 1:0

Cəmil Can Ali Marandi – Vasif Durarbəyli – 0:1

İsrail – Azərbaycan – 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə – 0,5:0,5

Dina Belenkaya – Xanım Balacayeva – 0:1

Maşa Klinova – Gövhər Beydullayeva – 0,5:0,5

Mixal Lahav – Ülviyyə Fətəliyeva – 0:1

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.