02/08/2022
14:22
543
| A A A
Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri V turun görüşlərinə çıxacaqlar.

Goal.az xəbər verir ki, dünən Türkiyə önündə büdrəyən kişi millisi Kuba ilə qarşılaşacaq. Məğlubedilməz olan qadın millisi isə güclü Ukraynanın müqavimətini qırmağa çalışacaq.

Azərbaycan – Kuba

Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres

Rauf Məmmədov – Karlos Albornos Kabrera

Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres

Nicat Abbasov – Omar Almeyda Kintana

Ukrayna – Azərbaycan

Mariya Muzıçuk – Günay Məmmədzadə

Anna Muzıçuk – Gövhər Beydullayeva

Anna Uşenina – Gülnar Məmmədova

Nataliya Buksa – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi hazırda Slovakiya və Rumıniya ilə birgə 7 xalla 12-14-cü yerləri paylaşır. Qadınlardan ibarət yığma isə 8 xalla Fransa və Ukrayna ilə birgə 2-4-cü yerləri bölüşdürür.