04/08/2022
19:26
585
| A A A
Azərbaycanın voleybol yığmaları üçün təqvim açıqlanıb

Voleybol üzrə Azərbaycan milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi açıqlanıb.

Goal.az xəbər verir ki, B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığma ilk görüşündə Seneqalla qarşılaşacaq. Görüş oyunların rəsmi açılışından 1 gün əvvələ - avqustun 8-nə təsadüf edəcək.

Kişi voleybolçulardan ibarət kollektiv isə avqustun 9-da meydana çıxacaq. A qrupunda yer alan yığma Sudanı sınağa çəkəcək.

İslam Həmrəyliyi Oyunları

Qadınlar

B qrupu

8 avqust

17:00. Seneqal - Azərbaycan

10 avqust

14:00. Əfqanıstan - Azərbaycan

12 avqust

14:00. Kamerun - Azərbaycan

Kişilər

A qrupu

9 avqust

11:00. Sudan - Azərbaycan

11 avqust

20:00. Azərbaycan - Kamerun

13 avqust

17:00. Azərbaycan - Mərakeş

Qeyd edək ki, İslamiada 9 - 18 avqustda keçiriləcək.