05/08/2022
13:00
912
| A A A
Rusiyada saxlanılan amerikalı basketbolçu 9 il müddətinə həbs edilib

ABŞ-dan olan qadın basketbolçu Brittni Qrayner Rusiyada həbs olunub.

Goal.az xəbər verir ki, 32 yaşlı oyunçu Ximki məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qaçaqmalçılıqda və narkotik saxlamaqda təqsirli bilinən idmançı həmçinin 1 milyon Rusiya rublu məbləğində cərimələnib.

Qeyd edək ki, Brittni Qrayner bu ilin fevralında Şeremetyevo hava limanında saxlanılıb. (report)