05/08/2022
16:14
544
| A A A
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb.

Goal.az xəbər verir ki, Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçilərimiz qoşulacaqlar.

Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış edəcəklər. Yarış Türkiyədə ilk olaraq, Konyada inşa olunmuş velodromda baş tutacaq. (report)