05/08/2022
17:22
468
| A A A
Dünya çempionatına 8 cüdoçu ilə

Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatına Bakıda hazırlaşır.

Goal.az xəbər verir ki, qurumun vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktoru Mark van der Ham yığmanın təlim-məşq toplanışında iştirak edərək, onların hazırlıqları ilə maraqlanıblar.

Yarışda Azərbaycanı 8 cüdoçu təmsil edəcək. Mundialda baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) qüvvəsini sınayacaq.

Dünya çempionatı 10-14 avqustda təşkil olunacaq. Azərbaycan millisi avqustun 7-də Ekvadora yola düşəcək. Cüdoçular 10 – 13 avqustda fərdi yarışlarda iştirak edəcəklər.