04/10/2022
15:50
2231
| A A A
Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandasının Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunları üçün heyətləri bəlli olub.

Goal.az xəbər verir ki, "Vüqar Həşimov" komandasında İsveçin "Stockholms" kollektivinə qarşı Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov və Xəzər Babazadə mübarizə aparacaq.

"Odlar Yurdu"nda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gövhər Beydullayeva Ukraynanın "Blue & Yellow" klubuna qarşı çıxış edəcək. (report)