24/01/2023
18:38
366
| A A A
Azərbaycanlı voleybol hakimi Türkiyə klubunun oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov növbəti dəfə Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

Goal.az xəbər verir ki, o, Türkiyədə kişilərdən ibarət "Halkbank Ankara" və Bolqarıstanın "Hebar Pazardzhik" komandaları arasında keçiriləcək Çempionlar Liqasının B qrupunun oyununu idarə edəcək.

Qarşılaşmada ikinci dərəcəli referisi fransalı Chantal Kaiser olacaq.

Qeyd edək ki, görüş yanvarın 25-də Ankarada gerçəkləşəcək.