27/01/2023
19:42
2423
| A A A
Milli C Divizionuna Ankarada hazırlaşır

Basketbol üzrə qızlardan ibarət Azərbaycan U-16 yığması 26 yanvar - 3 fevral tarixlərində Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışına cəlb olunub.

Goal.az xəbər verir ki,türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimiz 14 nəfər heyət üzvü ilə gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.

Təlim-məşq toplanışında bir sıra yoxlama oyunları keçirəcək komandanın əsas hədəfi 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatının C Divizionu oyunlarına hazırlaşmaqdır.

GÜNÜN ƏN ÇOX OXUNANLARI