27/01/2023
23:00
2653
| A A A
Azərbaycanın fiqurlu konkisürənləri finala yüksəliblər

Azərbaycanın fiqurlu konkisürənləri Samanta Ritter və Daniel Brıkalov Finlandiyanın Espoo şəhərində keçirilən Avropa çempionatında finala yüksəliblər.

Goal.az xəbər verir ki, buz üstündə rəqs üzrə qüvvəsini sınayan cütlük təsnfat mərhələsində hakimlərdən 51,55 xal alıb.

Yekunda 19-cu pilləni tutan idmançılar həlledici mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, qitə çempionatına yanvarın 29-da yekun vurulacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI