28/09/2016
13:39
78030
| A A A
Ronaldodan Emre Mora: "Səndə gələcəyimi görürəm"

Çempionlar Liqasının II turu çərçivəsində İspaniya "Real"ı Almaniyada "Borussia" Dortmundun qonağı olub. Maraqlı keçən qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqlənib 2-2.

Goal.az xəbər verir ki, oyundan sonra "Real"ın ulduz futbolçusu Ronaldo ilə türkiyəli gənc futbolçu Emre Morun söhbəti diqqət çəkib. Ronaldo Mora - "Səndə öz gəncliyimi görürəm" - deyib.

Dortmundun 19 yaşlı gənc ulduzu öz Twitter hesabında Ronaldo ilə fotosunu paylaşaraq bu sözləri yazıb:  "Həyatınızı arzulamayın. Xəyalınızı yaşayın". Məni hər gün motivasiya edən sözlər üçün sağ ol, Kristiano".

GÜNÜN ƏN ÇOX OXUNANLARI