22/11/2016
13:55
12351
| A A A
Oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşdi - FOTOLAR



Azərbaycan Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az-ın keçirdiyi sorğunun qalibi, PFL-in təqdim etdiyi futbolçu, klublardan ən çox səs alan 2 futbolçu və ötən ay çox qol vuran futbolçu arasından azarkeşlər tərəfindən seçilir.

Oktyabr ayının ən yaxşı futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev seçilib. O səslərin 69 faizini toplayıb.

Xatırladaq ki, ötən ayın ən yaxşı futbolçusu adına namizədlər sırasında "Qəbələ"dən Filip Ozobiç, "İnter"dən Nizami Hacıyev, "Zirə"dən Sezar Meza Kolli yer alırdı. 

QEYD: "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq "Slovan"la (Çexiya) oyun üçün səfərə yollandığından həvəskar çəkiliş olub. Daha peşəkar və keyfiyyətli şəkillər oyundan sonra yerləşdiriləcək. 

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
10662 səs