26/12/2017
13:15
2558
| A A A
Azərbaycanın nəğməkar dünya çempionu

Hacı Azər oğlu Əliyev 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 1997-2008-ci illərdə 12 nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev 2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTDİ) ali təhsil alıb. Güləş müəllimi olan atası Hacının böyük idmanda olmasını istəyib. Hacı Əliyev 1999-cu ildə böyük qardaşı Yaşar Əliyevlə birlikdə sərbəst güləşlə məşğul olmağa başlayıb. Ailədə ilk böyük uğuru elə qardaşı qazanıb. Hacı Əliyev güləşlə yanaşı pianoda ifa edir, məlahətli səsilə xalq mahnılarını oxumağı bacarır.

Hacı Əliyev karyerasında birinci yarışına 2008-ci ilin may ayında Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmələr arasında "Qələbə Kuboku" turnirinə qatıldı. Həmin yarışlarda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev turnirin bürünc medalını qazandı.

Bu uğurdan sonra Hacı Əliyev növbəti nailiyyətini Latviyanın Dauqavpils şəhərində keçirilən yeniyetmələr arasında Avropa Çempionatında qazandı. 54 kiloqram çəki dərəcəsində yarışan 17 yaşlı Hacı Əliyev finala gədər bütün rəqiblərini inamla məğlub etsədə, həlledici görüşdə Gürcüstanlı Vladimir Xinçeqaşviliyə uduzdu və Avropa Çempionatının gümüş medalına layiq görüldü. 25 iyulda Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədov Hacı Əliyevdə daxil olmağla, yeniyetmələr arasında Avropa Çempionatında medal qazanan güləşçiləri qəbul etdi.

 Hacı Əliyev 2008-ci ildə son yarışına Türkiyənin İstanbul şəhərində qatıldı. “Prezident turniri”-ndə mübarizə aparan Hacı Əliyev medalçılar sırasına düşə bilmədi.

2009-cu ildə Hacı Əliyev birinci uğurunu fevral ayında baş tutan gənclər arasında Azərbaycan Çempionatında qazandı. 60 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Hacı Əliyev finalda Ağahüseyn Muradova məğlub oldu və yarışın gümüş medalına sahib oldu. Mart ayında isə Hacı Əliyev Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq turnirə qatıldı və yarışı 5-ci yerdə başa vurdu.

Hacı Əliyev 2009-cu ildə növbəti nailiyyətlərini daxili yarışlarda imza atdı. O, oktyabr ayında Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirdə bütün rəqibləri üzərində qələbə qazandı və yarışın çempionu oldu. Dekabr ayında isə Hacı Əliyev böyüklər arasında birinci uğuruna imza atdı. O, Azərbaycan Kubokunda bütün rəqiblərini məğlub etdi və turnirin qalibi oldu.

2009-cu ildə Azərbaycan Kubokuna sahib olan 18 yaşlı Hacı Əliyev Azərbaycan yığmasına dəvət olundu. O, 2010-cu ildə birinci yarışına Rusiya Federasiyasının Krasnoyarsk şəhərində keçirilən iki qat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunan Qran-Pri turnirinə qatıldı. Həmin yarışlarda Hacı Əliyev medalçılar sırasına düşə bilmədi. Fevral ayında Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə də qüvvəsini sınayan Hacı Əliyev yenə medalçılar sırasında düşə bilmədi.

Aprel ayında isə Hacı Əliyev karyerasında birinci dəfə Avropa Çempionatında qüvvəsini sınadı. Bakı şəhərində baş tutan Avropa Çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə, 1/8 final mərhələsində Almaniya güləşçisi Tim Şlyeyxer ilə qarşılaşdı. Həmin görüşün birinci hissəsində o, məğlub olsa da, ikinci və üçüncü hissələrdə qələbə qazandı və növbəti mərhələyə vəsiqə qazandı. Bu mərhələdə Moldova pəhləvanı Andrey Perpelita ilə üz-üzə gələn Hacı Əliyev gərgin görüşün sonunda rəqibinə məğlub oldu və Avropa Çempionatını 8-ci yerdə başa vurdu.

Avropa Çempionatından sonra Hacı Əliyev daha bir ciddi yarışda mübarizə apardı.

O, Azərbaycanın məhrum Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan III Qızıl Qran-Pri beynəlxalq turnirində birinci görüşdəcə məğlub oldu və yarışı 17-ci pillədə başa vurdu.

Əsas yarışlarda uğursuz çıxış edən Hacı Əliyev 2010-cu ilin sonlarında iki turnirin qalibi oldu. Noyabr ayında o, Bakı şəhərində keçirilən “Hünər meydanı” turnirində, dekabr ayında isə Gəncə şəhərində İsax Cəfərovun xatirəsinə həsr olunan turnirdə bütün rəqiblərini məğlub etdi və yarışların qızıl medallarını qazandı.

2011-ci il 20 yaşlı Hacı Əliyev üçün digər illərlə müqayisədə uğurlu alındı. Hacı Əliyevin ilin əvvəlində, fevral ayında Bolqarıstanın Burqas şəhərində baş tutan “Dan Kolov və Nikola Petrov” Memorialında 8-ci yeri tutdu.

 Aprel ayında isə Hacı Əliyev yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda beynəlxalq yarışın finalında Toğrul Əsgərova uduzdu və turnirin gümüş medalına layiq görüldü.

May ayında Hacı Əliyev Dağıstanın Mahaçqala şəhərində keçirilən Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvəsini sınadı. Həmin yarışlarda Hacı Əliyev medalçılar sırasına düşə bilmədi. İyun ayında isə Hacı Əliyev karyerasında daha bir ciddi uğura imza atdı. O, Serbiyanın Zrenyanin şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında finala gədər Macarıstan güləşçisi Jozef Molnarı və Gürcüstan pəhləvanı Tenqiz Çoçişvilini məğlub etsədə, həlledici qarşılaşmada Türkiyəli Ömər Uzana gərgin görüşün sonunda uduzdu və Avropa Çempionatının gümüş medalına sahib oldu.

Oktyabr ayında Hacı Əliyev ilin sonuncu yarışına qatıldı. O, Çeçenistanln paytaxtı Qroznı şəhərində keçirilən və Prezident Ramzan Kadırov xatirəsinə həsr olunan beynəlxalq “Ramzan Kadırov Kuboku” turnirində mübarizə apardı. Hacı Əliyev bu yarışlarda iki qat Avropa çempionu, Rusiya güləşçisi Opan Satı və digər Rusiya pəhləvanı Albert Kairçanovu məğlub etdi və finala adladı. Həlledici görüşdə isə Hacı Əliyev Rusiyalı Əhməd Çakayevə uduzdu və “Ramzan Kadırov Kuboku” turnirinin gümüş medalına sahib oldu.

Hacı Əliyev 2016-cı ildə əsas yarışına Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları çərçivəsində qatıldı. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə Cənubi Koreya güləşçisi Yun Jun-Si ilə qarşılaşdı. Həmin görüşdə Əliyev 12:2 hesabı ilə vaxtından əvvəl qələbə qazandı. 1/4 final mərhələsində isə Hacı Əliyev Gürcüstan pəhləvanı, Dünya və Avropa çempionu, London Olimpiadasının gümüş medalçısı Vladimir Xinçeqaşvili ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsində Əliyev rəqibinə uduzdu. Amma Xinçeqaşvili finala vəsiqə qazandıqından Hacı Əliyev təsəlliverici qrupda mübarizə apardı. Əliyev birinci görüşdə Qazaxıstan nümayəndəsi Nurislam Sanayev ilə qarşılaşdı. Bərabər səviyyədə baş tutan görüşdən Hacı Əliyev qələbə ilə ayrıldı, 10:8 və həlledici görüşə vəsiqə qazandı. Bu görüşdə Əliyev Bolqarıstan güləşçisi Vladimir Dubovla üz-üzə gəldi. Hacı Əliyev görüş boyu Dubovdan üstün təsir bağışlayaraq 5:4 hesabı ilə görüşün qalibi oldu və

Fevralın 8-də IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərinin adları açıqlandı. 13 səfir sırasında iki dəfə Dünya çempionu olan Hacı Əliyevdə yer aldı. Fevralın 15-i isə İranın Kermanşah şəhərində baş tutacaq Dünya Kuboku üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti müəyyən oldu. Yığmanın baş məşqçisi Firdovsi Umudov 65 kiloqram çəki dərəcəsində Hacı Əliyevə və Məhəmməd Müslümova etimad göstərdi. Azərbaycan yığması turnirin “A” qrupunda mübarizə aparadı və birinci görüşdə Rusiya güləşçiləri ilə qarşılaşdı. Həmin qarşılaşmada Hacı Əliyev Rusiyalı Avropa çempionu Alan Qoqayevi 2:1 hesabı ilə məğlub etdi. Ümumi görüş 4:4 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə görə Azərbaycan yığması qələbə qazandı. Növbəti qarşılaşmada Gürcüstan yığması ilə üz-üzə gələn Azərbaycan güləşçiləri 5:3 hesablı qələbə qazandı. Görüşdə İveriko Julakidze ilə qarşılaşan Hacı Əliyev 12:0 hesablı asan qələbə qazandı. Sonuncu, üçüncü turda Hacı Əliyev Birləşmiş Ştatların nümayəndəsi Frank Molinaro üzərində 4:1 hesabı ilə qələbə qazansa da, Azərbaycan yığması rəqiblərinə məğlub oldu və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.

Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev (57) bürünc medal görüşünə çıxıb. Son təsəlliverici görüşda idmançımız rəqibi bolqarıstanlı Vladimir Dubov olub. Görüşün əvvəlində Dubov 4 xalla irəli olsa da Əliyev tezliklə fərqi 2-yə endirib.. İkinci hissədə isə rəqibinə fənd tətbiq edərək, onun kürəyini yerə vurub və tam qələbə qazanıb. Beləliklə, Hacı Əliyev olimpiadada Azərbaycanın aktivinə 12-ci medalı qazandırıb.

Parisdə keçirilən 2017-ci il dünya çempionatında 61 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəldi. Finaladək güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub etdi. Həlledici görüşdə rusiyalı pəhləvan Hacımurad Rəşidovla qarşılaşan təmsilçimiz rəqibinə 7:1 hesabı ilə qalib gələrək dünya çempionu oldu. Hacı bundan əvvəl 2014-cü ildə Daşкənddə, 2015-ci isə ildə Las-Veqasda keçirilən Dünya Çempionatının qalibi olub. Üçqat dünya çempionumuz 2014-cü ilin Avropa çempionu, 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

Bu uğurlardan sonra Hacı 2015-ci ildə “Tərəqqi” medalı, 2016-cı ildə isə “Azərbaycan Respublikası Prezidentinin” Fəxri diplomu ilə təltif edilib. O, həmçinin 2014, 2015 və 2016-cı illərdə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin ən yaxşıları” mükafatına layiq görülüb.

Hacı Əliyev Prezident təqaüdçüsüdür.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir