14/10/2018
13:10
1597
| A A A
"TOPAZ": MİLLİMİZİN OYUNU HƏM "TƏKLİ", HƏM CANLI

Bu axşam futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında 4-cü qrup matçını keçirəcək. Rəqib autsayder Malta olsa da, nəticə baxımından komandamız üçün oyunun əhəmiyyəti çox böyükdür. Qalib gələcəyi halda yığmamız azı 2-ci pillədəki yerini qoruyacaq, hətta Kosova səfərdə Farer adaları qarşısında xal itirərsə, millimiz qrup liderliyinə də yüksələ bilər. Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət daşıyan bu qarşılaşmaya ölkənin yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" da xüsusi yanaşıb. Matça "Topaz"da həm "təkli", həm də canlı mərc etmək olar. Milli komandamızın qələbə əmsalı bu oyunda 1.25 nisbətində dəyərləndirilir. Heç-heçə 4.50, Maltanın qələbəsi isə 11 əmsala bərabərdir. Malta yığması indiyədək Bakıya etdiyi hər iki səfərdə məğlub olub. 2013-cü ildə yoldaşlıq oyununda bizimkilər 3:0, 2015-də seçmə mərhələdə isə 2:0 hesablı qələbə qazanıblar. Görək, ada komandasının ölkəmizə 3-cü səfəri necə nəticələnəcək? Bu matçdan başqa "Topaz"ın bazar günü proqramında daha 6 "təkli oyun" yer alıb. Ümumilikdə bu gün mərc həvəskarlarına "Topaz" 160 oyun təklif edir. Futbolun həyəcanını "Topaz"la yaşayın. Oynayın və qazanın!!!