29/11/2018
18:51
1076
| A A A
2-ci tirajın qalibləri hədiyyələrini aldı - "Topaz"

Azərbaycanın ilk və yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın "10-dan Hədiyyə Qazan Lotereyası"nın ikinci tirajının qalibləri məlum olub.

Stimullaşdırıcı lotereyanın 2-ci tirajı "CBC Sport" telekanalı vasitəsilə canlı yayınlanıb. Qaliblərə hədiyyələr isə "Topaz"ın  rəsmi nümayəndələrinin iştirakı ilə verilib.  İlk olaraq baş mükafat - "Hyundai Accent" avtomobili elə avtosalonda 0634042 qeydiyyat nömrəsinin sahibi Abbas Abbasova təqdim olunub. Digər qiymətli hədiyyələr də öz sahiblərini tapıb. Söhbət 11 ədəd "Samsung Galaxy S9" mobil telefonundan və eyni sayda "Playstation 4 Slim"dən gedir. Qaliblər keçirdiyi hiss və təəssüratı "CBC Sport"la bölüşüb.  Bununla bağlı videosujeti xəbərin sonundakı linkdən izləyə bilərsiz. "Topaz"ın  "10-dan Hədiyyə Qazan" stimullaşdırı lotereyasının sonuncu - 3-cü tirajı dekabrın 24-də oynanılacaq. Növbəti tirajda qaliblərdən olmaq və  hədiyyələrə sahib çıxmaq üçün elə indicə ən az 10 manat məbləğində mərc edin ve lotereyamıza qoşulun.