11/01/2017
13:32
7207
| A A A
"Real"ın futbolçusu mükafatı rekord nəticə ilə aldı

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modric Xorvatiyada "2016-cı ilin futbolçusu" seçilib. Goal.az xəbər verir ki, 31 yaşlı havbek karyerasında 5-ci dəfə analoji uğura nail olub.

"Mükafatı ilk dəfə 2007-ci ildə alanda bilməzdim ki, daha 5 dəfə bunu qazanacam" - Modric deyib.

Qeyd edək ki, Xorvatiyada ilin ən yaxşı futbolçusunu sabiq futbolçulardan ibarət münsiflər heyəti seçir. Modric onlardan 100 ball alıb. Bu, mükafatın 45 illik tarixində rekord göstəricidir. 2004-cü ildə Dado Prşo da bu qədər ball toplamışdı.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
10662 səs