11/01/2017
20:43
2508
| A A A
"Qəbələ"nin futbolçusu millidə debüt etdi

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya millisində debüt edib. Goal.az xəbər verir ki, yarımmüdafiəçi Çinin Nannin şəhərində keçirilən beynəlxalq turnirin yarımfinalının iştirakçısı olub. O, “China cup 2017”nin Xorvatiya – Çili qarşılaşmasına start heyətində çıxıb. Bununla da ölkəsinin əsas yığmasında ilk oyununu keçirən Ozobiç 57-ci dəqiqədə əvəzlənib. 1:1 hesabı ilə başa çatan matçın qalibi isə penaltilər seriyasında bəlli olub. 4:1 hesabı ilə qalib gələn Çili finala yüksəlib. Filipin komandası yanvarın 14-də keçiriləcək 3-cü yer uğrunda matçda Çin yığması ilə görüşəcək.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
8619 səs