13/06/2018
14:11
7300
| A A A
İspaniya federasiyasından şok qərar - Lopotegi qovuldu

İspaniya Futbol Federasiyası dünya çempionatına 1 gün qalmış gözlənilməz qərar verib. Xulen Lopeteginin dünya çempionatından sonra Real Madrid klubuna rəhbərlik etməyə qərar verməsi federasiya rəhbərliyini özündən çıxarıb. Onlar məşqçi ilə mundialdan əvvəl vidalaşıblar.

Goal.az xəbər verir ki, milli komanda üçün baş məçqçi postuna namizədlər siyahısında iki tanınmış sima var : keçmiş məşqçilər Luis Enrike(Barcelona) və Miçel (Malaqa). Luis Enrike bundan əvvəl  Çelsea və Arsenal klubları ilə danışıqlar aparıb. Onun İspaniya  millisinə baş məşqçi kimi namizədliyi federasiyanın idman direktoru Fernando Yerro tərəfindən irəli sürülüb. Federasiyanın yeni prezidenti Luis Rubales isə  milli komandanı Miçelə həvalə etmək fikrindədir.

Xatırladaq ki, İspaniya millisi 2 gün sonra Portuqaliya ilə qarşılaşacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI