10/07/2018
11:43
4286
| A A A
Sampaolini 8 milyon avro təzminat xilas etdi

Xorxe Sampaoli Argentina millisinin baş məşqçisi kimi fəliyyətini davam etdirəcək. Goal.az xəbər verir ki, bu qərar baş məşqçi ilə Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia arasında keçirilən görüşdən sonra verilib. Sampaoli ilə AFA arasında bağlanan 5 illik müqavilənin müddəti gələn il başa çatır. Əgər baş məşqçi öz postundan vaxtından əvvəl uzaqlaşdırılsa, AFA ona 8 milyon dollar təzminat ödəməli olacaq. Qeyd edək ki, dünya çempionatında 58 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxış edən Argentina millisi 1/8 finalda mundialı tərk edib. Latın Amerika komandası bu turnirdə bir qələbə qazanıb, iki oyunda uduzub, bir qarşılaşmada isə heç- heçə qeydə alınıb.