10/08/2018
11:10
1688
| A A A
Zlatko Daliç milli ilə bağlı qərarını verdi

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç millidə işini davam etdirəcək.

Goal.az xəbər verir ki, məlumat Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytında yayılıb. Daliç assosiasiya prezidenti Davor Şukerlə görüşdə bütün suallara aydınlıq gətirildiyini deyib:

“Açıq söhət oldu. Məni narahat edən suallara cavab aldım. Komandamızın uğurları üçün çalışmaq istəyirəm. Mənə etibar edənlərə minnətdaram”.

Xatırladaq ki, Xorvatiya millisi DÇ- 2018-də Daliçin rəhbərliyi altında gümüş medal əldə edib.