11/10/2018
15:12
1596
| A A A
Uğur İtaliya millisindən üz döndərib?

 İtaliya millisinin qalibiyyətsizlik seriyası davam edir.

Goal.az xəbər verir ki, keçmiş dünya çempionları Ukrayna ilə yoldaşlıq matçında da qlib gələ bilməyib-1:1. Bu qarşılaşmadan sonra Roberto Mançininin komandasının uğursuz oyun seriyası 5 matça yüksəlib. Evdə keçirdiyi son 10 görüşdə İtaliya millisi cəmi bir dəfə qələbəyə sevinib. 4 oyunda bərabərlik qeydə alınıb, 1 qarşılaşmada meydan sahibi məğlub olub. Millinin tarixində ikinci dəfədir ki, belə hal baş verir. Birinci dəfə 1923-1925-ci illərdə evdə ardıcıl 5 oyunda qalib gəlmək mümkün olmayıb. 1959-cu ildən bəri ilk dəfədir ki, milli komanda ardıcıl 8 oyunda qapısını “quru” saxlaya bilməyib.