24/12/2018
17:49
2386
| A A A
Braziliya millisindən imtina etdi

Manchester City-nin futbolçusu Fernandinyo Braziliya millisində oynamaqdan imtina edib.

Goal.az-ın xəbərinə görə, bunu "El Espanyol"la açıqlamasında yığmanın baş məşqçisi Tite deyib.

O, 33 yaşlı yarımmüdafiəçinin DÇ-2018-dən sonra ailəsinin ünvanına yönəlmiş təhdidlərlə əlaqədar yığmada oynamaq istəmədiyini bildirib: "Fernandinyo milliyə çağırmaq istədiyim birinci futbolçudur. Ancaq onun ailəsi azarkeşlər tərəfindən təhqir və təhdid olunub. O, yaxınlarına da söz verib ki, bir daha yığmaya qayıtmayacaq. Amma ümid edirəm ki, onun son qərarı deyil".

Qeyd edək ki, Fernandinyo dünya çempionatının 1/4 finalında Belçikaya 1:2 hesabı ilə məğlub olduqları matçda avtoqol müəllifi olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs