28/12/2018
10:20
1697
| A A A
Millimizin rəqibində ciddi ikti

Slovakiya milli komandasının və İtaliyanın "Napoli" klubunun kapitanı Marek Hamşik sıradan çıxıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi A Seriyasının XVIII turunda səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada xəsarət alıb. Təcrübəli oyunçunun əzələsi zədələnib. Onun müalicəsinə başlanılıb və yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, Slovakiya yığması Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridir. Yığma bu komanda ilə 2019-cu il iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs