02/01/2019
13:48
11727
| A A A
Ronaldo qayıdacağını bildirdi

Juventus-un hücumçusu Kriştiano Ronaldo bildirib ki, 2019-cu ildə AVRO-2020-nin seçmə mərhələsinin görüşlərində iştirak etmək üçün Portuqaliya yığmasına qayıdacaq.

Bu barədə Goal.az AS-a istinadən xəbər verir.

"2019-cu ildə yenidən Portuqaliya yığmasının məşqçi qərargahının sərərəncamına qayıtmaq niyyətindəyəm. Bizim bu mövsümün birinci hissəsində mənim yığmanın heyətində matçlarda iştirak etməyəcəyimə dair razılaşmamız vardı", - deyə Ronaldo bildirib.

33 yaşlı hücumçu 2018-ci ilin futbol üzrə dünya çempionatından sonra bildirmişdi ki, yeni klubla əlaqədar bir müddət milli komandada çıxış etməyəcək. 

Qeyd edək ki, Ronaldo İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib.