17/01/2019
20:46
1333
| A A A
Qazaxıstan yığması məşqçisiz qaldı

Qazaxıstan millisi baş məşqçisiz qalıb.

Goal.az xəbər verir ki, bu ölkənin futbol federasiyası və baş məşqçi Stanimir Stoilov arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2020-ci ilə qədər anlaşması olan bolqarıstanlı mütəxəssis 2018-ci ilin martından yığmaya rəhbərlik edirdi. Qazaxıstan onun rəhbərliyi altında Millətlər Liqasının 6 matçında və 3 yoxlama oyununda meydana çıxıb. Məhz Millətlər Liqasındakı uğursuzluq onunla yolların ayrılmasına səbəb olub.

Qeyd edək ki, Stoilov karyerası ərzində Bolqarıstan yığmasında da çalışıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs