31/01/2019
14:52
2129
| A A A
Qətər Asiya Kubokunda final öncəsi problemlə üzləşdi

Qətər yığması Asiya kubokunun finalına hazırlaşdığı bir ərəfədə başqa bir məsələ ortaya çıxıb.

Goal.az xəbər verir ki, BƏƏ rəsmiləri Almoez Ali və Bassam Al-Ravinin Qətər millisinə uyğunluğunun araşdırılması ilə bağlı Asiya Futbol Konfederasiyasına müraciət ünvanlayıblar. Turnirin bombardiri Ali əslən Sudandandır, Al-Ravinin kökləri isə İraqa dayanır. Əsasnaməyə görə, araşdırılmalı mövzular bunlardır:

1) Futbolçuların təmsil etdikləri federasiyanın ərazisində dünyaya gəlməsi;

2) Onların bioloji valideynlərinin federasiyanın təmsil etdiyi ərazidə dünyaya gəlməsi;

3) Onların nənə və babalarının federasiyanın təmsil etdiyi ərazidə dünyaya gəlməsi;

4) Futbolçuların özlərinin 18 yaşına çatdıqdan sonra minimum 5 il müntəzəm olaraq federasiyanın təmsil etdiyi ərazidə yaşaması.

Bu 4 müddəadan hər hansısa birində uyğunluq olsa, etiraz əsasssız hesab ediləcək.

Bassam Al-Ravinin hazırda 21, Almoez Alinin isə 22 yaşı var. Üstəlik, İraq Səhiyyə Nazirliyi Bassamın anasının İraqda dünyaya gəldiyini sənədlərlə sübut etməyə hazırdır.

Xatırladaq ki, 2015-ci ildə Olimpiadanın futbol yarışlarına təsnifat məqsədli keçirilən turnirin yarımfinalında Yeni Zelandiya Vanuatunu məğlub edib finala yüksəlsə də, sonradan ikincilər rəqibin futbolçusu Deklan Uinn haqqında bənzər iddia üzrə şikayət ünvanlamış və tələblərində haqlı çıxmışdılar. Nəticədə, Yeni Zelandiya millisinə 0:3 hesablı texniki məğlubiyyət verilmiş və Vanuatu finala yüksəlmişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
10390 səs