07/02/2019
18:28
2051
| A A A
Millimizdən imtina edən məşqçi Kolumbiya yığmasında

Futbol üzrə İran yığmasının sabiq baş məşqçisi Karluş Keyruş Kolumbiya milli komandasının sükanı arxasına keçib. 

Goal.az-ın Kolumbiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssisin təqdimat mərasimi bu gün olacaq. O, 2018-ci ilin sentyabrında istefa vermiş argentinalı Xose Pekermanı əvəzləyib. Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının 1/4 finalında Kolumbiya millisi İngiltərəyə penaltilər seriyasında uduzub. 

Həmin mundialda Keyruş qrupdan çıxa bilməyən İran yığmasının baş məşqçisi olub. Əvəzində 66 yaşlı mütəxəssis bu komanda ilə Asiya Kubokunda yarımfinaladək irəliləyib. Daha sonra o, İran Futbol Federasiyasının yeni müqavilə təklifini müsbət cavablandırmayıb. 

Qeyd edək ki, Karluş Keyruş bu yaxınlarda Azərbaycan millisinin baş məşqçi postunda çalışmağa razılıq verməyib. O, İran yığmasına 2011-ci ildən rəhbərlik edirdi. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22556 səs