11/02/2019
17:51
2039
| A A A
Luçesku istefaya göndərildi

Türkiyə yığmasında baş məşqçi istefası reallaşıb.

Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, Mirça Luçesku ilə yollar ayrılıb.

Rumıniyalı çalışdırıcının müqavilə müddəti davam etsə də, Türkiyə Futbol Federasiyası ilə görüşdən sonra anlaşmaya qarşılıqlı razılıqla xitam verilib. Luçeskunun yerinə əsas namizəd Beşiktaş-ın çalışdırıcısı Şenol Günəşdi.

Qeyd edək ki, Mirça Luçesku 2017-ci ilin avqustundan bəri Türkiyə millisinə başçılıq edib. Onun rəhbərliyi altında "ay-ulduzlular" Millətlər Liqasında keçirdiyi 4 oyunun 1-də qələbə qazanıb, 3-də məğlub olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs