24/02/2019
17:31
1202
| A A A
Millimizin rəqibində üç futbolçu yığmadan getdi

AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Slovakiya yığmasının 3 üzvü milli karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bunlar müdafiəçilər 34 yaşlı kapitan Martin Şkrtel, 33 yaşlı Tomas Quboçan və eyni yaşda olan hücumçu Adam Nemetsdir. Fenerbahçe-da çıxış edən Şkrtel bu barədə şəxsi İnstagram hesabında paylaşım edib.

Qeyd edək ki, 15 il yığmanın şərəfini qoruyan Şkrtel 102 oyunda meydana çıxıb. Quboçan 62, Nemets isə 41 dəfə millinin formasını geyinib.

Xatırladaq ki, yığmamızın Slovakiya ilə ilk oyunu bu il iyunun 11-də Bakıda keçiriləcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs