27/02/2019
20:28
1637
| A A A
Srna yığmaya qayıda bilər

Cagliari-nin futbolçusu Dario Srna Xorvatiya millisinə qayıda bilər.

Goal.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Zlatko Daliç 36 yaşlı müdafiəçini milliyə qayıtmağa razı salmağa qərar verib.

O, sağ cinahda oynatmağa futblçu problemi yaşadığı üçün bu addımı atıb.

Xəbərdə o da qeyd olunub ki, Srnanı milliyə qaytarmaq asan olmayacaq. Buna görə baş məşqçi oyunçu ilə dostluq münasibətləri olan komandanın aparıcı futbolçusu Luka Modriç və digər şəxslərin köməyindən istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Srna 2016-cı ilin yayında millidəki karyerasını başa vurub. Uzun illər millinin kapitanı olan 36 yaşlı futbolçu yığmada 15 ildə 134 matçda oynayıb və 22 qol vurub.

Xatırladaq ki, Xorvatiya yığması Avro-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-i Azərbaycan millisinə qarşı keçirəcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16322 səs