10/03/2019
16:51
2172
| A A A
"Aquero daha nə etməlidir ki, yığmaya çağırılsın?" - Maradona

Meksikanın Dorados klubunun baş məşqçisi Dieqo Maradona Manchester City-nin hücumçusu Serxio Aqueronun Argentina millisinə çağırılmamasına münasibət bildirib.

Goal.az xəbər verir ki, əfsanəvi futbolçu yığmanın çalışdırıcısı Lionel Skalonini buna görə tənqid edib. O, millidə bu cür məşqçinin işləməsini istəmədiyini söyləyib:

"Skaloni Aqueronu milliyə çağırmamaqla futbola hörmətsizlik etdi. Baxmayaraq ki, o özü heç vaxt yaxşı futbolçu olmayıb. Millimiz üçün belə baş məşqçi istəmirəm. Bilmirəm, Aquero daha nə etməlidir ki, yığmaya çağırılsın?".

Qeyd edək ki, L. Skaloni Venesuela və Mərakeşlə yoldaşlıq oyunları üçün açıqladığı heyətdə Aqueroya yer verməyib. Əvəzində isə Barcelona-nın kapitanı DÇ-2018-dən sonra yığmaya qayıdıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16317 səs