15/03/2019
14:55
2308
| A A A
Maldininin oğlu İtaliya millisində

İtaliya milli komandasının və Milan-ın sabiq futbolçusu Paolo Maldininin oğlu Daniel Maldini İtaliyanın U-18 yığmasına cəlb olunub.

Goal.az "Football Italia"ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu Hollandiya ilə yoldaşlıq matçı üçün milliyə dəvət alıb.

Milan-ın gənclər komandasında çıxış edən oyunçu 22 matçda 9 qol vurub. O, Maldini ailəsinin İtaliya yığmasında çıxış edən üçüncü üzvü olub. Daniel Maldininin babası Çezara Maldini də Milan-ın və İtaliya millisinin şərəfini qoruyub.

Qeyd edək ki, Paolo Maldini 1988-2002-ci illərdə İtaliya yığmasında çıxış edib. Sabiq müdafiəçi yığmanın heyətində dünya çempionatının gümüş və bürünc medallarını qazanıb. O, Avropa çempionatının da gümüş mükafatçısıdır. Atası Çezera Maldini isə 1958-1963-cü illərdə İtaliya yığmasının heyətində yer alıb. 

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16309 səs