16/03/2019
11:23
2077
| A A A
Ronaldo yenidən millidə

Juventus-un futbolçusu Kriştiano Ronaldo  Portuqaliya millisinə yenidən çağırılıb.

Goal.az-ın Portuqaliya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Fernandu Santuş 34 yaşlı hücumçunu AVRO-2020-nin seçmə mərhələsində Ukrayna və Serbiya ilə oyunlar üçün milliyə dəvət edib.

Beləliklə, Ronaldo DÇ-2018-dən sonra ilk dəfə yığmada çıxış edəcək.

Qeyd edək ki, Ronaldo yayda transfer olunduğu Juventus-a uyğunlaşmaq üçün 2018-ci ilin sonuna kimi milliyə çağırılmamağı xahiş etmişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs