22/03/2019
19:20
3266
| A A A
Almaniya futbolunda növbəti irqçi qalmaqalı

Almaniya futbolunda daha bir irqçi qalmaqalı yaşanıb.

Goal.az xəbər verir ki, azarkeşlər Bundestimin üzvü İlkay Gündoğana qarşı irqçi şüarları səsləndiriblər. Hadisə Serbiya ilə yoldaşlıq oyunu zamanı baş verib. Türk əsilli yarımmüdafiəçi sözügedən matda ilk dəfə olaraq Almaniya millisinin kapitanı kimi meydana çıxıb.

İlkayla yanaşı, Leroy Sane də azarkeşlərin təhqiri ilə üzləşib. Volfsburq polisi məsələ ilə bağlı tədqiqata başlayıb.

Xatırladaq ki, bir neçə ay əvvəl Bundestimin digər türk əsilli üzvü Məsut Özil də irqçi təzyiqlərə məruz qalıb və bu səbəbdən milli komandadan gedib.

(Qol.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs