23/03/2019
16:15
4474
| A A A
Argentina millisində ciddi itki

Argentina millisi ciddi itkiylə üzləşib.

Goal.az xəbər verir ki, yığmanın kapitanı Lionel Messi zədələnib. Bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Məlumatda, Argentinanın yoxlama oyunu çərçivəsində Venesuela ilə qarşılaşdığı matçda Messinin zədələndiyi və millinin heyətindən çıxarıldığı bildirilib.

Barcelona-nın hücumçusu Argentina millisinin martın 26-da Mərakeşlə qarşılaşacağı yoxlama oyununda iştirak etməyəcək.

Argentina millisi Venesuelaya 1:3 hesabıyla məğlub olub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15685 səs