24/03/2019
16:00
2092
| A A A
Galatasaray-ın forvardı yığmanın oyununda zədələndi

Galatasaray klubunun hücumçusu Kostas Mitroğlu sıradan çıxıb.

Goal.az xəbər verir ki, yunanıstanlı hücumçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə səfər matçında zədələnib.

Yunanıstan yığmasının forvardı bu matçın 22-ci dəqiqəsində zədə alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, zədəsi ağır olan futbolçu erkən əvəzlənməli olub.

Mitroğlunun zədəsinin nə dərəcədə ciddi olduğu qarşıdakı günlərdə ətraflı müayinədən sonra bəlli olacaq.

Yunanıstan yığması bu qarşılaşmadan 2:0 hesabıyla qalib ayrılıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15686 səs