25/03/2019
16:56
2110
| A A A
Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşib

Afrika Millətlər Kubokunun təsnifat mərhələsinə yekun vurulub.

Goal.az xəbər verir ki, bununla da yarışa vəsiqə qazanan bütün komandalar müəyyənləşib. Beləliklə, turnirdə meydan sahibi Misirlə yanaşı, daha 23 yığma – Seneqal, Madaqaskar, Mərakeş, Kamerun, Mali, Burundi, Əlcəzair, Benin, Nigeriya, Cənubi Afrika Respublikası, Qana, Keniya, Zimbabve, Konqo Demokratik Respublikası, Qvineya, Kot dİvuar, Anqola, Mavritaniya, Tunis, Qvineya-Bisau, Namibiya, Uqanda və Tanzaniya mübarizə aparacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku 21 iyun – 19 iyulda Misirdə keçiriləcək. Yarışın ən titullu komandası hesabında 7 çempionluq olan meydan sahibləridir. Turnirin sonuncu qalibi isə Kamerundur.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15687 səs