26/03/2019
18:06
2906
| A A A
Qodindən rekord göstərici

Uruqvay millisi yoxlama görüşündə Tailandı 4:0 hesabıyla məğlub edib.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşma Uruqvay yığmasının kapitanı Dieqo Qodin üçün əlamətdar olub. Bu barədə Uruqvay millisinin mətbuat xidməti məlumat yayıb.

Qodin, Tailandla qarşılaşmada da forma geyinərək, millidə 126-cı oyununu keçirib. 33 yaşlı müdafiəçi bununla da, Uruqvay yığmasında ən çox oyun keçirən futbolçu olub.

Qeyd edək ki, Qodin 2005-ci ildə millidə debüt edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs