27/03/2019
17:48
1507
| A A A
AFFA millinin mükafatlandırılmasını təsdiqlədi

AFFA Azərbaycan millisinin futbolçularına mükafatı Litva yığması ilə yoldaşlıq matçındakı heç-heçəyə görə verib.

Goal.az xəbər verir ki, bu barədə "Report"a Assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.

Onun sözlərinə görə, komanda üzvləri mükafatı AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesablı məğlubiyyətlə əlaqədar almayıblar: "Futbolçular AFFA-dan əlavə maaş almırlar. Yığmanın qələbə və heç-heçə ilə başa çatan matçlarından sonra oyunçulara mükafat verilir. Bu da normaldır".

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22748 səs