03/05/2019
20:31
1671
| A A A
UEFA ukraynalı futbolçu ilə bağlı qərarını verdi

UEFA İntizam Komitəsi AÇ-2020-nin seçmə mərhələsinin Portuqaliya və Lüksemburqla keçirilən oyunlarında Ukrayna millisinin üzvü Junior Moraesin iştirakının qanunlara uyğun şəkildə olduğunu təsdiqləyib.

Goal.az  xəbər verir ki, Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelka Moraesin Ukrayna millisinin üzvü kimi çıxış etməsinin qaydalar çərçivəsində olduğunu bildirib.

Bir müddət öncə Ukrayna vətəndaşlığı alan Junior Moraesin milliləşdirilməsi zamanı FİFA-nın tələblərinin pozulduğu ehtimalı var idi. Buna baxmayaraq, braziliyalı futbolçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində həm Portuqaliya (0:0), həm də Lüksemburqla (2:1) oyunlarda Ukrayna millisinin heyətində meydanda olub. Məhz sözügedən oyunçunun milliləşdirilməsi zamanı tələblərə əməl olunmadığını iddia edən Portuqaliya və Lüksemburq futbol federasiyaları isə UEFA-ya etiraz məktubu ünvanlayıb. Bu üzdən də, intizam işi açan qitə futbol qurumu araşdırmalara start vermişdi.

Qaydalara görə, milliləşdirilən futbolçu həmin ölkədə fasiləsiz 5 il yaşamalıdır. Moraes isə 2017-ci ildə Çinə yollanmamışdan əvvəl 4 il 8 ay Ukraynada yaşayıb. Məhz bu üzdən onun milliləşdirilməsi qanunsuz hesab edilirdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs