01/06/2019
14:41
1980
| A A A
Cenk Tosun millidən kənarlaşdırıldı

Everton-un futbolçusu Cenk Tosun Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, buna 28 yaşlı hücumçunun zədədən əziyyət çəkməsi səbəb olub.

O, Yunanıstanı 2:1 hesabı ilə məğlub etdikləri yoxlama oyununda sıradan çıxıb.

Bu üzdən də Tosun, AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçda iştirak etməyəcək. Türkiyə yığması sabah Özbəkistanla da yoxlama matçı keçirəcək.

Qeyd edək ki, AÇ-nin seçmə mərhələsi çərçivəsində H qrupunda mübarizə aparan Türkiyə iki oyundan sonra 6 xal toplayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17614 səs