09/06/2019
21:00
2025
| A A A
İngiltərə Millətlər Liqasında 3-cü yeri tutdu

UEFA Millətlər Liqasında 3-cü yerin sahibi müəyyənləşib.

Goal.az-ın məlumatına görə, bu, İngiltərə yığmasıdır. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv İsveçrəni penaltilər seriyasında məğlub etməyi bacarıb.

Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. 84-cü dəqiqədə İngiltərə millisinin hücumu zamanı qol vurulsa da, VAR-a müraciətdən sonra epizod zamanı qayda pozuntusuna yol verildiyi təsbit olunub.

Penaltilər seriyasında isə İsveçrə yığmasının futbolçusu Yosip Drmiç 6-cı zərbəni yerinə yetirilərkən, rəqib qapıçı Cordan Pikford topu qaytarıb. İngiltərə isə bunadək 6 zərbənin hamısında dəqiq olduğu üçün qalib gəlib - 6:5.

Qeyd edək ki, Millətlər Liqasının qalibi saat 22:45-də Portuqaliya və Hollandiya arasında keçiriləcək final matçının yekununda müəyyənləşəcək.

UEFA Millətlər Liqası

9 iyun

3-cü yer uğrunda görüş

17:00. İsveçrə - İngiltərə - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28549 səs