10/06/2019
12:48
3723
| A A A
Türkiyə millisi İslandiyada xoşagəlməz hadisə ilə üzləşdi - FOTO

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah səfərdə İslandiya ilə qarşılaşacaq Türkiyə milli komandası Reykyavikə yollanıb.

 

Goal.az xəbər verir ki, ötən gün səfərə çıxan və təxminən 6 saatlıq uçuşdan sonra Reykyavikə çatan “ay-ulduzlular”, İslandiya paytaxtında xoşagəlməz hadisəylə üzləşiblər.

Türkiyə mətbuatının yazdığına görə, yerli polis türkiyəli futbolçuları hava limanında pasport qeydiyyatına görə 2 saatdan çox ləngidib. Bu isə qonaqlar tərəfindən haqlı narazılıqla qarşılanıb. 

Türkiyə millisinin ən təcrübəli futbolçu Əmrə Belözoğlu hava limanında jurnalistlərə bu barədə açıqama verdiyi zaman, bir islandiyalı ona fırça uzadıb. Bu hərəkətindən sonra o, qaçaraq hadisə yerindən uzaqlaşıb.

Ölkəyə girişlərinə icazə verildikdən sonra türklər avtobusla Reykyavikdə məskunlaşacaqları otelə yollanıblar.

İslandiya – Türkiyə oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34051 səs