16/06/2019
09:55
4145
| A A A
Ukrayna yığması dünya çempionu oldu

Ukraynanın futbol üzrə U-20 milli komandası komanda tarixində ilk dəfə gənclər arasında dünya çempionu olub.

Goal.az xəbər verir ki, finalda Ukrayna və Cənubi Koreya yığmaları qarşılaşıblar və oyun 3:1 hesabı ilə ukraynalıların xeyrinə başa çatıb.

Görüş Polşanın Lodz şəhərində keçirilib. Qalib komandanın hücumçusu Vladislav Supryaqa dubl edib, son nöqtəni isə yarımmüdafiəçi Georgi Sitaişvili qoyub. Koreyalıların heyətində Li Kan İn fərqlənib.

Ukrayna yığması turniri məğlubiyyətsiz başa vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37581 səs