02/07/2019
13:25
2438
| A A A
Benitesin yeni iş yeri müəyyənləşdi

İngiltərənin Newcastle futbol komandasının baş məşqçisi postundan ayrılan Rafael Benitesin yeni iş yeri müəyyənləşib.

Goal.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Çin Super Liqasında çıxış edən Dalian Yifang-a rəhbərlik edəcək. Bu gün ictimaiyyətə təqdim edilən ispaniyalı məşqçi ilə müqavilənin detalları barədə məlumat verilmir.

Onun Çində ilinə 12 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Rafael Benites 2016-cı ilin martından Newcastle-a rəhbərlik edirdi. O, 2005-ci ildə Liverpool-la Çempionlar Liqasını, 2013-cü ildə isə Chelsea ilə Avropa Liqasını qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22009 səs