03/07/2019
09:55
1228
| A A A
Geryenin komandası "Gold Cup"da mübarizəni dayandırdı

Qarabağ klubunun futbolçusu Donald Gerryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da mübarizəni dayandırıb.

Goal.az-ın məlumatına görə, 30 yaşlı sol cinah oyunçusunun komandası yarımfinalda Meksika yığmasına uduzub - 0:1. Matçın taleyini əlavə vaxtda - 93-cü dəqiqədə Raul Ximenesin vurduğu qol həll edib.

Start heyətində yer alan Gerrye 100-cü dəqiqədə yerini Mikael Kantava verib.

Qeyd edək ki, Meksika finalda ABŞ – Yamayka cütünün qalibi ilə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21941 səs