04/07/2019
12:53
2085
| A A A
Amerika kuboku finalı öncəsi Braziliya millisində ciddi itki

Amerika Kubokunun yarımfinal mərhələsində Argentina üzərində qələbə qazanaraq (2:0) finala adlayan Braziliya millisində itki baş verib.

Goal.az-ın məlumatına görə, yarımmüdafiəçi Villian sıradan çıxıb.

Argentina ilə qarşılaşmada fasilədən sonra meydana daxil olan Chelsea-nin üzvü matçdan sonra sağ ayağında ağrılar hiss edib. Tibbi müayinədən sonra əzələ dartılması aşkarlanıb və futbolçunun müayinəsinə başlayıb. Həkimlər Villianın final görüşünü buraxacağını bildirib.

Qeyd edək ki, Amerika Kubokunun final matçı iyulun 7-də Braziliya ilə Peru arasında keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34127 səs